
Bəhreynin hava hücumundan müdafiə sistemləri regional qarşıdurmanın başlanğıcından bəri İrandan atılan 95 raket və 164 dronu hava məkanında zərərsizləşdirib.
Primeinfo.az-ın “Report”a istinadən məlumatına görə, bu barədə krallığın Müdafiə Nazirliyi açıqlama verib.
“İranın hücumları başlayandan bəri ölkənin hava hücumundan müdafiə sistemləri 95 raketi və 164 PUA-nı ələ keçirib və məhv edib”, – nazirliyin açıqlamasında qeyd olunur.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsraildəki obyektlərə hücum edərək, genişmiqyaslı cavab əməliyyatı başladığını açıqlayıb. Həmçinin ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektləri də zərbələrə məruz qalıb.