
Dubayda pilotsuz uçuş aparatı (PUA) binaya düşüb.
Primeinfo.az xəbər verir ki, bu barədə əmirliyin mətbuat xidməti məlumat yayıb.
İlkin məlumata görə, xəsarət alan yoxdur.
“Hakimiyyət orqanları binadakı hər kəsin təhlükəsizliyini təmin etmək üçün təxliyə əməliyyatları aparır”, – bəyanatda deyilir.
Mülki müdafiə bölmələrinin yanğını lokallaşdırdığı bildirilir.