
“İran bu müharibədə artıq məğlubdur. Ən azından müharibə onun torpaqlarında gedir, əraziləri darmadağın olur. İranın 47 il ərzində topladığı hərbi potensial günü-gündən zəifləyir və günlərin birində bu potensialın sıfırlanması ehtimalı da var”.
Primeinfo.az xəbər verir ki, bu sözləri hərbi ekspert Ədalət Verdiyev Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
Ekspert əlavə edib ki, İran müqavimətinin bir hissəsini itirib. Əsas sual budur ki, İran nə zaman təslim olacaq?
Davamı “Qırmızı masa”da: