
Gürcüstanda Ramazan ayı münasibətilə azərbaycanlılar üçün təşkil edilən iftar mərasimini bəzi qüvvələr boykot edib.
Primeinfo.az xəbər verir ki, bunu Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev bildirib.
O, Azərbaycanın Gürcüstandakı Səfirliyinin dəstəyi ilə baş tutan tədbirə bir sıra din xadimlərinin də dəvət olunduğunu qeyd edib:
“Təəssüf ki, Ramazan ayı münasibətilə təşkil edilən ənənəvi iftar məclisimizə dəvət etdiyimiz bir sıra din xadimlərimiz və ruhani soydaşlarımız bəzi dairələrin onlara tətbiq etdiyi qadağalar üzündən aramızda deyillər.
Mən onlara səslənirəm: Azərbaycan dövlətinin təşkil etdiyi bu cür tədbirlər hər hansı fərdi və ya qrup maraqlarına deyil, xalqımızın birliyinə və həmrəyliyinə xidmət edir. Bu səbəbdən də belə məclislərdən uzaq durmaq nə dini, nə də milli həmrəylik ruhuna uyğun mövqe kimi qiymətləndirilə bilməz. Hesab edirik ki, hər bir soydaşımızı birləşdirən əsas dəyərlər milli kimliyimiz, qarşılıqlı hörmətdir”.