
“İranda rejim dəyişikliyinin arxasınca düşmək lazım deyil”.
Primeinfo.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan almaniyalı həmkarı Yohan David Vadefulla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, bu mövzuda Türkiyə Almaniya ilə həmfikirdir.
Onun sözlərinə görə, bu istamətdə digər Avropa ölkələri ilə məsləhətləşmələrin aparılması da sülh prosesində öz bəhrəsini verə bilər.
Hakan Fidan əlavə edib ki, İrana edilən bu hücum nə qədər hüquqdan kənardırsa, İranın Körfəz ölkələrinə hücumu da bir o qədər səhv addımdır:
“Biz bunu İrana da bildirmişik. Ancaq bütün bu səhv qərarların dayandırılması, atəşkəs, sülh üçün düyməyə basmaq lazımdır”, – Hakan Fidan qeyd edib.