![]()
İran yenidən İsrail ərazisinə raket zərbələri endirir.
Primeinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb.
Bildirilib ki, hava hücumundan müdafiə sistemləri işə düşüb:
“SAXAL İrandan İsrail istiqamətində raket atışını aşkar edib. Müdafiə sistemləri təhlükənin qarşısının alınması üzərində işləyir. Müvafiq rayonlarda ehtiyat tədbirləri barədə göstərişlər mobil telefonlara göndərilib”.
Bundan əvvəl isə İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) İran Ordusunun ABŞ və İsrail bazalarına qarşı ən gərgin əməliyyata başladığını bəyan edib.
SEPAH “Əsl vəd 4” əməliyyatının 37-ci dalğasının hücumların başladığı gündən ən ağır və gərgin mərhələ olduğunu açıqlayıb:
“Təl-Əvivin cənubundakı peyk rabitə mərkəzi, Qərbi Qüds və Hayfadakı hərbi mərkəzlər, Ərbildəki ABŞ hədəfləri və bölgədəki 5-ci Dəniz Donanması ikinci dəfə hədəfə alınıb. 37-ci əməliyyat hücumların başlanğıcından bəri ən ağır və gərgin əməliyyat oldu”.
Əməliyyat 3 saatdan çox davam edib və bu müddət ərzində iki tonluq ballistik döyüş başlığı ilə təchiz edilmiş “Xorrəmşəhr” raketindən istifadə edilib.