
İran tərəfi bildirib ki, onun silahlı qüvvələri Azərbaycan, Türkiyə və ya Kipr istiqamətində dron və ya raket buraxmayıb.
Primeinfo.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi açıqlama verib.
“İranın müdafiə tədbirləri “heç bir halda regiondakı ölkələrə qarşı düşmənçilik kimi şərh olunmamalıdır” – deyə o bildirib.
O əlavə edib ki, Silahlı Qüvvələrin Baş Qərargahı “açıq və rəsmi şəkildə bəyan edib ki, belə buraxılışlar İran ərazisindən və ya bizim hərbi qüvvələrimiz tərəfindən həyata keçirilməyib”.
Qeyd edək ki, İrana məxsus dörd dron Azərbaycanın Naxçıvan ərazisinə hücum edib. Azərbaycan prezidenti İlham Əliyev bu hadisəni “terror aktı” adlandırıb.
Bundan öncə Abbas Əraqçi də İranın Naxçıvana zərbə endirdiyini təkzib etmişdi.