Xəbər axtarın

Son axtarış nəticələri:

"İrana qarşı əməliyyatın dayandırılması qərarı Netanyahu ilə birgə veriləcək" - Tramp

09.03.2026 11:00


ABŞ Prezidenti Donald Tramp bildirib ki, İrana qarşı hərbi əməliyyatın dayandırılması barədə qərar İsrailin baş naziri Binyamin Netanyahu ilə birlikdə veriləcək.

Primeinfo.az Report-a istinadən xəbər verir ki, o, bunu “The Times of Israel” qəzetinə müsahibəsində deyib.

“Düşünürəm ki, bu, birgə qərardır. Bir az”, – Tramp qərarı təkbaşına, yoxsa Netanyahu ilə birlikdə verəcəyi ilə bağlı suala cavab verib.

“Qərarı uyğun vaxtda verəcəyəm, amma hər şey nəzərə alınacaq”, – Amerika lideri əlavə edib.

İsrailin ABŞ-nin iştirakı olmadan əməliyyatı davam etdirməsi ehtimalı ilə bağlı suala Tramp belə cavab verib:

“Düşünmürəm ki, bu, lazım olacaq”.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsraildəki obyektlərə hücum edərək, genişmiqyaslı cavab əməliyyatı başladığını açıqlayıb. Həmçinin ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektləri də zərbələrə məruz qalıb.

 

Paylaş: