Bu gün Baş naziri Əli Əsədov Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə görüşüb. Bu barədə Primeinfo.az-a Nazirlər Kabinetindən xəbər verilib. Görüşdə Slovakiya Prezidenti P.Pelleqrininin Azərbaycana rəsmi səfərinin və səfər çərçivəsində iki ölkənin dövlət başçıları arasında Şuşada keçirilmiş danışıqların Azərbaycan-Slovakiya strateji tərəfdaşlıq münasibətlərinin inkişafına mühüm təkan verəcəyi vurğulanıb.
Baş nazir Əli Əsədov iyulun 14-də “Damen Shipyards Group” şirkətinin baş icraçı direktoru Arnout Damen ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Görüşdə Azərbaycan ilə “Damen Shipyards Group” arasında əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunub, şirkətin ölkəmizdə reallaşdırılan layihələrdə iştirakı məmnunluqla vurğulanıb.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 13-də Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşko ilə görüşüb. Primeinfo.az xəbər verir ki, görüşdə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının növbəti məzun buraxılışının əhəmiyyəti vurğulanıb. Yüksək ixtisaslı tibb kadrlarının hazırlanmasında mühüm rol oynayan filial Azərbaycan-Rusiya əməkdaşlığının uğurlu nümunələrindən biri kimi dəyərləndirilib.
Bu gün Baş nazir Əli Əsədov Rusiya Federasiyasının Həştərxan vilayətinin vitse-qubernatoru və Hökumətinin sədri Denis Afanasyev ilə görüşüb. Bu barədə Primeinfo.az-a Nazirlər Kabinetindən xəbər verilib. Görüş zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının regionları, o cümlədən Həştərxan vilayəti arasında əməkdaşlığın yüksək səviyyəsi məmnunluqla qeyd edilib.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Primeinfo.az-a Nazirlər Kabinetindən xəbər verilib. Görüş zamanı Bakının İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasına ev sahibliyi etməsi mühüm hadisə kimi qiymətləndirilib.
DTX ilə bağlı qanunda DƏYİŞİKLİK
“İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilib. Primeinfo.az xəbər verir ki,Baş nazir Əli Əsədov bu barədə qərar imzalayıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təqvim ili ərzində icbari tibbi sığorta fondunun vəsaiti hesabına sığorta təminatı verilən sümük iliyi və ya hematopoetik kök hüceyrələrin transplantasiyasının say həddi 20-dən 50-ə qaldırılıb.
“Ümumi istifadədə olan dəmiryol nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə Qaydaları” təsdiq edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, infrastrukturun saxlanmasının və ondan istifadənin idarə olunması Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) təklifləri nəzərə alınmaqla infrastruktur sahibi tərəfindən həyata keçirilir.
Bu gün Baş nazir Əli Əsədov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin mərkəzi bankları Şurasının iclasının iştirakçıları ilə görüşüb. Bu barədə Primeinfo.az-a Nazirlər Kabinetindən xəbər verilib. Görüşdə Şuranın iclasının əhəmiyyəti vurğulanıb, tədbirin TDT-yə üzv ölkələrin maliyyə sektorları arasında əməkdaşlığın gücləndirilməsinə, bu prosesdə mərkəzi bankların rolunun artırılmasına töhfə verəcəyinə əminlik ifadə olunub.
Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərə Azərbaycan Prezidentinin təqaüdünün ödənilməsi qaydasında dəyişiklik edilib. Primeinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla qaydaya yeni bənd əlavə edilib.