Bu gün Baş nazir Əli Əsədov Ukrayna Baş nazirinin birinci müavini və energetika naziri Denis Şmıqal ilə görüşüb. Nazirlər Kabinetindən Primeinfo.az-a verilən xəbərə görə, görüşdə “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən tədbirlərin əhəmiyyəti vurğulanıb. Bakı şəhərinin yenidən qlobal enerji dialoqunun əsas mərkəzlərindən birinə çevrildiyi bildirilərək sözügedən platformanın enerji təhlükəsizliyi, yaşıl keçid və dayanıqlı inkişaf məsələləri üzrə beynəlxalq əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi diqqətə çatdırılıb.
Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib – FOTO
Azərbaycan vətəndaşlarının və Azərbaycana vizasız gəlmə hüququ olan bütün xarici ölkə vətəndaşlarının Azərbaycan ilə Gürcüstan arasında 25 may saat 00:00-dan dəmiryol nəqliyyatı vasitəsilə giriş-çıxışına icazə verilib.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 12-də bp şirkətinin yeni baş icraçı direktoru Meq O’Nilin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirlər Kabinetindən Primeinfo.az-a bildiriblər ki, görüş zamanı tərəflər Azərbaycan ilə bp arasında mövcud olan uzunmüddətli və səmərəli tərəfdaşlığın uğurla inkişaf etdiyini məmnunluqla vurğulayıblar. Qarşılıqlı faydalı əməkdaşlığın M.O’Nilin fəaliyyəti dövründə daha da genişlənəcəyinə və yeni layihələrlə zənginləşəcəyinə ümidvarlıq ifadə olunub.
Aprelin 24-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdəki fəaliyyət müddətinin bitməsi ilə əlaqədar Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze ilə görüşüb. Bu barədə Primeinfo.az-a Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, Ə.Əsədov iki ölkə arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə səfirə təşəkkür edib, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
“Regionumuzun üzləşdiyi ən kəskin çağırışlardan biri Xəzər dənizinin səviyyəsinin sürətlə aşağı düşməsidir”. Primeinfo.az xəbər verir ki, bu sözləri Baş nazir Əli Əsədov Qazaxıstanın Astana şəhərində təşkil olunan Regional Ekoloji Sammitdə çıxışı zamanı deyib. “Azərbaycanın təşəbbüsü ilə Xəzərin səviyyəsinin azalma səbəblərini öyrənmək və müvafiq cavab tədbirləri hazırlamaq məqsədilə Qazaxıstan, Rusiya və Türkmənistanla ikitərəfli işçi qrupları yaradılıb.
Baş naziri Əli Əsədov Regional Ekoloji Sammitdə iştirak etmək üçün Qazaxıstan Respublikasının Astana şəhərinə işgüzar səfər edib. Bu barədə Primeinfo.az-a Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda Ə.Əsədovu Qazaxıstan Respublikası Baş nazirinin birinci müavini Roman Sklyar və digər rəsmi şəxslər qarşılayıblar.
Nazirlər Kabineti (NK) “Qazpaylayıcı sistem operatoru tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi Qaydası”nı təsdiq edib. Primeinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Qayda “Qaz təchizatı haqqında” qanuna əsasən hazırlanıb, burada istifadə olunan anlayışlar Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş mənaları ifadə edir.
İqtisadi Şuranın aqrar sahənin inkişafına həsr olunmuş iclası keçirilib. Bu barədə Primeinfo.az-a Nazirlər Kabinetindən xəbər verilib. Bu gün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən İqtisadi Şuranın iclasının gündəliyində aqrar sahənin dayanıqlı inkişafı, o cümlədən mövcud vəziyyət və inkişaf perspektivləri, kənd təsərrüfatında istehsalın artırılması, məhsuldarlığın yüksəldilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, aqrar ticarətin və ixracın genişləndirilməsi, regionlarda məşğulluğun qorunması və digər carı məsələlər ətraflı müzakirə olunub.
Prezident İlham Əliyevin bir sıra çıxışlarından sonra cəmiyyətdə müzakirə olunan ən ciddi məsələlərdən biri məmurlar, onların fəaliyyəti, davranışı, öz vəzifə borclarına münasibəti, bir sözlə, məmur obrazı ilə bağlı olub.