Xəbər axtarın

Son axtarış nəticələri:

Kastamonuda sel: Evlər və iş yerləri su altında qaldı

26.07.2026 11:15

Kastamonuda sel: Evlər və iş yerləri su altında qaldı

Türkiyənin şimalındakı Kastamonu vilayətində şiddətli leysan yağışları sel və daşqınlara səbəb olub.

Primeinfo.az “Haber Global”a istinadən xəbər verir ki, yağışla bağlı narıncı xəbərdarlıq verilən vilayətin Cide rayonunda Devrekani çayı daşıb.

Sel nəticəsində bir çox evlər, iş yerləri və avtomobillər sular altında qalıb. Bununla yanaşı, daşqın səbəbindən Bartın vilayətinə gedən avtomagistral bağlanıb. Sel və daşqın nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib.

Aidiyyəti qurumlar yağışın fəsadlarının aradan qaldırılması istiqamətində iş aparır.

Paylaş: