Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: əli əsədov

Əhmədbəyli-Füzuli-Şuşa yolu ödənişli oldu

Əhmədbəyli-Füzuli-Şuşa yolu ödənişli oldu

Nazirlər Kabineti yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilməsinə dair tədbirlər haqqında qərar qəbul edib.

Əli Əsədov: "Azərbaycan boru kəmərləri ilə qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada ilk sıradadır"

Əli Əsədov: "Azərbaycan boru kəmərləri ilə qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada ilk sıradadır"

Azərbaycan boru kəmərləri ilə qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada ilk sırada qərarlaşıb. Primeinfo.az xəbər verir ki, bunu Azərbaycanın baş naziri Əli Əsədov Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşündə çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu gün Azərbaycan qazını alan ölkələrin sayı artıq 16-ya çatıb.

Əli Əsədov həmkarı ilə görüşüb

Əli Əsədov həmkarı ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov Şimali Kiprin Baş naziri Ünal Üstel ilə görüşüb. Bu barədə Primeinfo.az-a Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, görüşdə Azərbaycanla Şimali Kipr arasında bir sıra sahələrdə əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Əli Əsədov Murat Kurumla görüşüb

Əli Əsədov Murat Kurumla görüşüb

Bu gün Baş nazir Əli Əsədov Türkiyə Respublikasının ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum ilə görüşüb. Bu barədə Primeinfo.az-a Nazirlər Kabinetindən xəbər verilib. Görüş zamanı 13-cü Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb, tədbir çərçivəsində COP-a və iqlim gündəliyinə həsr olunmuş panel müzakirələrinin təşkil edilməsi təqdir edilib.

Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyarda çatıb

Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyarda çatıb

Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard ABŞ dolları təşkil edir. Primeinfo.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nın təqdimatında bildirib. Qeyd edilib ki, hesabat dövründə strateji valyuta ehtiyatları ilin əvvəlindən təqribən 14.1 mlrd.

Əli Əsədov qərar imzaladı

Əli Əsədov qərar imzaladı

“Nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi təhlükəsi ilə əlaqədar həyata keçiriləcək profilaktika və təhlükəsizlik tədbirləri barədə əhalinin maarifləndirilməsi və məlumatlandırılması Qaydası” təsdiq edilib. Primeinfo.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Əli Əsədov Cevdet Yılmazla İranın Naxçıvana hücumunu müzakirə edib

Əli Əsədov Cevdet Yılmazla İranın Naxçıvana hücumunu müzakirə edib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz arasında telefon danışığı olub. Bu barədə Primeinfo.az-a Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, telefon danışığı əsnasında İran İslam Respublikası tərəfindən martın 5-də Azərbaycan Respublikasına qarşı dron hücumları ilə bağlı kəskin etiraz bildirilib, bu hücumların beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu vurğulanıb.