İslam Respublikasının Xarici İşlər Nazirliyi bazar günü səhər saatlarında ABŞ Ordusu tərəfindən həyata keçirilən hava hücumlarını qətiyyətlə pisləyir.
Abbas Əraqçi Bağdada yola düşüb.
İran XİN: ABŞ-ın hücumları 18 iyun memorandumunun pozulmasıdır. Primeinfo.az xəbər verir ki , İran Xarici İşlər Nazirliyi ABŞ-ın bu gün axşam saatlarında ölkənin cənubundakı sahil nəzarəti obyektlərinə endirdiyi hava zərbələrini pisləyib və bunu BMT Nizamnaməsinin, eləcə də iyunun 18-də imzalanmış müharibənin dayandırılması haqqında memorandumun pozulması kimi qiymətləndirib. Nazirlik eyni zamanda İsrailin Livana eyni vaxtda həyata keçirdiyi hücumların da həmin razılaşmanın pozulması olduğunu bildirib.
Regionun təhlükəsizliyi İrana məhəl qoyulmaması üzərində qurula bilməz. Primeinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi İslam Respublikasının ictimai fəalları ilə görüşdə deyib. “Son müharibənin təcrübəsi göstərib ki, regionun təhlükəsizliyi İranın kənarlaşdırılması və ya ona məhəl qoyulmaması üzərində qurula bilməz”, – Əraqçi bildirib.
ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində Pakistanın baş naziri Şahbaz Şərifin mesajının skrinşotunu paylaşıb. Primeinfo.az xəbər verir ki, həmin mesajda Vaşinqton və Tehran arasında sazişin yekun sənədləşdirilməsinin yaxın 24 saat ərzində baş tuta biləcəyi qeyd olunub. Xatırladaq ki, bir qədər əvvəl İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai ABŞ ilə münaqişənin nizamlanmasına dair memorandumun iyunun 14-də imzalanmayacağını bildirib.
İran Xarici İşlər Nazirliyi ABŞ-ın ötən gecə Sirik bölgəsi və Qeşm adasına hücumunu pisləyib.
İranın xarici işlər naziri Abbas Əraqçı Pakistana səfəri zamanı ABŞ nümayəndələri ilə görüş keçirməyi planlaşdırmır. Primeinfo.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi İsmayıl Bəqai sosial şəbəkə hesabında məlumat verib. “İran və ABŞ arasında görüş planlaşdırılmır, çünki rəsmi Tehranın şərtləri Pakistana çatdırılacaq”, – deyə XİN rəsmisi bildirib.
İranın xarici işlər naziri Abbas Əraqçi Omana gedib. “Daneşcu”nun xəbərinə görə, Əraqçi Pakistanın yüksək səviyyəli rəsmiləri ilə ikitərəfli və regional məsələləri müzakirə etdikdən sonra İslamabadı tərk edib və Məsqətə yola düşüb. Qeyd edək ki, Əraqçi Omandan sonra Rusiyaya səfər edəcək.
İranın xarici işlər naziri Abbas Əraqçinin Pakistana rəsmi səfəri çərçivəsində İslamabadda mühüm və strateji əhəmiyyətli bir görüş baş tutub. Primeinfo.az xəbər verir ki, İranın baş diplomatı Pakistan Silahlı Qüvvələrinin komandanı general Asim Munir ilə bir araya gələrək regionda artan hərbi-siyasi gərginliyi müzakirə edib. Görüş zamanı tərəflər regional təhlükəsizlik, sərhəd nəzarəti və terrorizmlə mübarizə sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsi məsələlərinə xüsusi diqqət yetiriblər.
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi humanitar yardımlara və göstərilən dəstəyə görə Azərbaycana xüsusi təşəkkürünü bildirib.