Tehran nüvə proqramı ilə bağlı danışıqlar masasına qayıtmağa hazırdır, lakin bu, Vaşinqton tərəfindən təzyiq və diktə olmadan baş verməlidir. Primeinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Al Jazeera” telekanalına müsahibəsində bildirib. “Biz nüvə dosyesi üzrə danışıqlar masasına əyləşməyə hazırıq, bir şərtlə ki, bu, təhdidlər və ya diktə olmadan həyata keçirilsin”, – nazir deyib Eyni zamanda Əraqçi hadisələrin istənilən inkişafına hazır olduqlarını vurğulayıb.
İranın xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff arasında İrandakı mövcud vəziyyət və gərginliyin azaldılması yolları müzakirə edilib. “TodayBaku” xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb. İddiaya görə, tərəflər arasında dialoq ötən həftəsonu baş tutub.
İranın xarici işlər naziri Abbas Arakçının ailə üzvləri ilə birlikdə Livana getdiyi və onların ölkədə qeyri-müəyyən müddətə qalacağı açıqlanıb.
İranın xarici işlər naziri Abbas Əraqçi bu ölkənin Bakıdakı səfiri Müctəba Dəmirçilu ilə görüşündə Azərbaycanla münasibətlərin perspektivi barədə danışıb.
Rusiya və İran xarici işlər nazirləri Sergey Lavrov və Abbas Əraqçi Moskvada Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər. Primeinfo.az xəbər verir ki, bu barədə hər iki nazir danışıqlarının yekunları ilə bağlı keçirdiyi birgə mətbuat konfransında bildiriblər. Lavrov iranlı həmkarı ilə görüşdə ikitərəfli münasibətləri, İranın nüvə problemi ətrafındakı vəziyyəti, o cümlədən regional məsələləri, Yaxın Şərq, Cənubi Qafqaz və Xəzər regionundakı vəziyyəti müzakirə etdiklərini söyləyib.
Azərbaycanda rəsmi səfərdə olan İran xarici işlər naziri Seyid Abbas Əraqçinin xanımı və qızı, həmçinin İslam Respublikasının ölkəmizdəki səfirliyinin əməkdaşlarının ailə üzvləri Bibiheybət məscidini ziyarət ediblər. Primeinfo.az “Yeni Sabah”a istinadən xəbər verir ki, onlara ziyarətgah kompleksinin tarixi barəsində danışılıbb. Qonaqlar İmam Museyi-Kazımın (ə) qızı xanım Həkiməninin (Fatimeyi-Suğranın) (s.ə) məzarını ziyarət ediblər.
Dekabrın 8-də Milli Məclisin sədri Sahibə Qafarova İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 8-də İranın xarici işlər naziri Seyid Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
İranın xarici işlər naziri Abbas Əraqçinin Azərbaycana səfər edəcəyi tarix məlum olub.