Xəbər axtarın

Son axtarış nəticələri:

Ukraynadan Volqoqrada zərbə: "Titan-Barrikadı" zavodu hədəf alınıb

27.06.2026 11:15

Ukraynadan Volqoqrada zərbə: "Titan-Barrikadı" zavodu hədəf alınıb

Ukrayna iyunun 27-nə keçən gecə Rusiyanın Volqoqrad şəhərindəki “Titan-Barrikadı” zavoduna hücum edib.

Primeinfo.az UNIAN-a istinadən xəbər verir ki, hücum nəticəsində müəssisənin ərazisində yanğın baş verib.

Məlumata görə, “Titan-Barrikadı” zavodu “İskəndər-M”, “Topol-M” və “Yars” raket kompleksləri istehsal edən Rusiya hərbi-sənaye kompleksinin əsas müəssisələrindən biri hesab olunur.

Nəşr qeyd edib ki, hücum zamanı Ukraynanın uzaqmənzilli “Flaminqo” qanadlı raketlərindən istifadə etdiyi ehtimal olunur.

Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov təsdiqləyib ki, raket hücumu nəticəsində Volqoqradın Krasnooktyabrski rayonundakı müəssisələrdən birinin istehsal obyektləri zədələnib.

“Hazırda 10 nəfərin xəsarət aldığı məlumdur”, – o bildirib.

Paylaş: