Xəbər axtarın

Son axtarış nəticələri:

Yaponiya və Cənubi Koreya müdafiə əməkdaşlığının genişləndirilməsini müzakirə edəcəklər

27.06.2026 14:42

Yaponiya və Cənubi Koreya müdafiə əməkdaşlığının genişləndirilməsini müzakirə edəcəklər

Yaponiyanın müdafiə naziri Sindziro Koidzumi Cənubi Koreyaya iki günlük səfərə yollanıb və orada həmkarı An Qyu Beklə danışıqlar aparacaq.

Primeinfo.az “Yonhap”a istinadən xəbər verir ki, tərəflər müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi və mübadilələrin fəallaşdırılması məsələlərini müzakirə etmək niyyətindədirlər.

Bu, Koidzuminin müdafiə naziri vəzifəsində Cənubi Koreyaya ilk səfəridir. Səfər ikitərəfli münasibətlərin davam edən müsbət dinamikası fonunda baş tutur və bu ilin yanvarında An Qyu Bekin Yokosukaya etdiyi səfərə qarşılıq olaraq reallaşdırılır.

Səfər çərçivəsində iki ölkənin müdafiə qurumlarının rəhbərləri Cənubi Koreyanın “Black Eagles” pilotaj qrupunun yerləşdiyi Vondju şəhərindəki aviabazaya baş çəkəcəklər.

Əsas danışıqlar bazar günü keçiriləcək.

Paylaş: