Xəbər axtarın

Son axtarış nəticələri:

İsrail Suriyada bir neçə yaraqlını zərərsizləşdirib

28.06.2026 13:45

İsrail Suriyada bir neçə yaraqlını zərərsizləşdirib

İsrail Müdafiə Ordusu (SAXAL) Suriyanın cənubunda bir neçə silahlını zərərsizləşdirdiyini iddia edib.

Primeinfo.az xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Dünən (şənbə günü) İsrail Müdafiə Ordusunun hərbçiləri Suriyanın cənubundakı təhlükəsizlik zonasında bir neçə silahlı terrorçunu zərərsizləşdiriblər”, – deyə bəyanatda bildirilir.

Bəyanatda qeyd olunur ki, İsrail Müdafiə Ordusu mülki şəxslərin və SAXAL hərbçilərinin təhlükəsizliyini təmin etmək, onlara yönələn istənilən təhdidi aradan qaldırmaq məqsədilə Suriyanın cənubundakı təhlükəsizlik zonasında fəaliyyətini davam etdirəcək.

Paylaş: