Xəbər axtarın

Son axtarış nəticələri:

Rəsmi Tehran Pakistandakı danışıqların detallarını açıqladı: ABŞ rəsmiləri ilə görüş gözlənilmir

25.04.2026 20:45

Rəsmi Tehran Pakistandakı danışıqların detallarını açıqladı: ABŞ rəsmiləri ilə görüş gözlənilmir

İranın xarici işlər naziri Abbas Əraqçı Pakistana səfəri zamanı ABŞ nümayəndələri ilə görüş keçirməyi planlaşdırmır.

Primeinfo.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi İsmayıl Bəqai sosial şəbəkə hesabında məlumat verib.

“İran və ABŞ arasında görüş planlaşdırılmır, çünki rəsmi Tehranın şərtləri Pakistana çatdırılacaq”, – deyə XİN rəsmisi bildirib.

Bəqai vurğulayıb ki, Əraqçı yalnız Yaxın Şərqdəki münaqişənin dayandırılması üçün İslamabadın vasitəçilik səyləri çərçivəsində pakistanlı yüksəkrütbəli nümayəndələrlə ünsiyyət quracaq.

Daha əvvəl “Axios”un əməkdaşı Barak Ravid mənbələrə istinadən ABŞ və İran nümayəndə heyətləri arasında birbaşa danışıqların aprelin 27-də İslamabadda keçiriləcəyini bildirmişdi. Öz növbəsində Ağ Evin mətbuat katibi Kerolayn Livitt ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun və iş adamı Cared Kuşnerin İran tərəfini dinləmək üçün aprelin 25-də İslamabada yola düşəcəklərini bəyan etmişdi.

Xatırladaq ki, aprelin 11-də İslamabadda ABŞ və İran nümayəndələri arasında danışıqlar keçirilib. Nümayəndə heyətləri ən azı iki əsas məsələdə – nüvə proqramı və Hörmüz boğazı barədə razılığa gələ bilməyiblər. Ertəsi gün ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Tehranla İranın nüvə proqramı mövzusunda razılaşa bilmədiyini bəyan edib, bununla əlaqədar Amerika hərbçiləri İslam Respublikasının dəniz blokadasına başlayıblar. İslamabaddakı danışıqlarda ABŞ nümayəndə heyətinə ölkənin vitse-prezidenti Cey Di Vens rəhbərlik edib. Ondan başqa, qrupun tərkibində dövlət başçısının xüsusi nümayəndəsi Stiven Uitkoff və Trampın kürəkəni Cared Kuşner olub. İran nümayəndə heyətinə ölkə parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və XİN rəhbəri Abbas Əraqçı başçılıq ediblər.

Paylaş: