Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi …
Pakistanın Tank şəhərində (Xayber-Paxtunxva əyaləti) törədilmiş terror aktı nəticəsində 15 nəfər həlak olub, onlardan 14-ü təhlükəsizlik qüvvələrinin əməkdaşıdır. Primeinfo.az “Dawn”a istinadən xəbər verir ki, bu barədə Pakistan ordusunun mətbuat xidmətinin məlumatında deyilir. Mətbuat xidmətinin məlumatına görə, blokposta hücum cümə günü səhər saatlarında baş verib.
Xəzər Boru Kəməri Konsorsiumunun dəniz terminalında Qazaxıstan nefti daşıyan iki tanker pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
İsrailin mərkəzi hissəsində yerləşən Şaron bölgəsində qan tökülüb və ard-arda bir neçə nöqtədə silahlı terror hücumları törədilib.
Rusiya Federasiyasının Krasnodar diyarından olan iki yeniyetmə, o cümlədən yetkinlik yaşına çatmayan şəxs, terror aktına hazırlıq üzrə cinayət işinin iştirakçısı olub. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya mediası ölkənin İstintaq Komitəsinə istinadən məlumat yayıb. Onlar Tuapsedəki inzibati binalardan birində partlayış törətməyi planlaşdırırdılar.
Pakistanın şimal-qərbində Xayber-Paxtunxva əyalətinin Bannu dairəsindəki polis postu yaxınlığında partlayıcı yüklü avtomobillə törədilən partlayış və daha sonra atışma nəticəsində 14 polis əməkdaşı həlak olub. Primeinfo.az “Reuters” agentliyinə istinadən xəbər verir ki , hadisə şənbə günü baş verib. Hücum zamanı pilotsuz uçuş aparatlarından da istifadə olunub.
Pakistanın Pəncab əyalətinin Bhakkar rayonunda kamikadzenin törətdiyi partlayış nəticəsində ən azı dörd polis həlak olub, üç nəfər isə yaralanıb. Primeinfo.az xəbər verir ki, hücum polis məntəqəsinin yaxınlığında baş verib. Partlayışdan sonra polis və xilasetmə qrupları hadisə yerinə çataraq yaralıları yaxınlıqdakı xəstəxanaya aparıblar.
İran Xarici İşlər Nazirliyi Avropa İttifaqına (Aİ) üzv ölkələrin hava və dəniz qüvvələrinin terror təşkilatı siyahısına salındığını açıqlayıb.
Avropa İttifaqı İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terrorçu siyahısına əlavə edib. Primeinfo.az xəbər verir ki, bu barədə Aİ Şurasının Mətbuat Xidməti məlumat yayıb.
Türkiyənin İstanbul da daxil olmaqla 22 bölgəsində “Marksist-Leninist Kommunist Partiyası” (MLKP) adlı silahlı terror təşkilatına qarşı genişmiqyaslı hərbi əməliyyatlar keçirilib. Primeinfo.az xəbər verir ki, bununla bağlı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” hesabında paylaşım edib. Yerlikaya əməliyyatlar nəticəsində 96 nəfərin saxlanıldığını bildirib.