Xəbər axtarın

Son axtarış nəticələri:

Pakistanda terror aktı: 14 polis HƏLAK OLUB 

10.05.2026 17:45

Pakistanda terror aktı: 14 polis HƏLAK OLUB 

Pakistanın şimal-qərbində Xayber-Paxtunxva əyalətinin Bannu dairəsindəki polis postu yaxınlığında partlayıcı yüklü avtomobillə törədilən partlayış və daha sonra atışma nəticəsində 14 polis əməkdaşı həlak olub.

Primeinfo.az “Reuters” agentliyinə istinadən xəbər verir ki , hadisə şənbə günü baş verib.

Hücum zamanı pilotsuz uçuş aparatlarından da istifadə olunub. Dağıntılar altından 14 polis əməkdaşının meyiti çıxarılıb, daha 3 nəfər isə sağ tapılaraq xəstəxanaya yerləşdirilib.

Terror aktına görə məsuliyyəti “İttihad-ul-Mücahidin” adlı silahlı qruplaşma öz üzərinə götürüb.
Paylaş: