
“Hərbi dəniz qüvvələrində yerləşdirilmiş elit qruplar vasitəsilə İrana quru qoşunlar yeridilə bilər. Bu qüvvələr Aralıq dənizindən İsrail vasitəsilə də yeridilə bilər. Ən böyük ehtimal isə Hind Okeanındandır”.
Primeinfo.az xəbər verir ki, bu sözləri politoloq Qabil Hüseynli Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
Politoloq qeyd edib ki, dəniz piyadalarının İran ərazisinə yeridilməsi o qədər də çətin məsələ deyil:
“Həmin qruplar çox ciddi şəkildə hazırlanıb və müxtəlif döyüşlərdə iştirak edib. Ona görə də güclü potensiala malik olan qüvvələr hesab edilir”.
Davamı “Qırmızı masa”da: