İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağının bir neçə rayonunda HƏMAS-ın üç silah anbarına hücum edib. Primeinfo.az-ın “Ynet”ə istinadən məlumatına görə, bu barədə ordunun rəsmi nümayəndəsi bildirib. Qeyd olunub ki, həmin anbarlarda partlayıcı maddələr, uzaqmənzilli silahlar, snayper tüfəngləri və əlavə hərbi təchizat saxlanılıb.
İsrailin Müdafiə Ordusu Livanda radikal “Hizbullah” qruplaşmasının artilleriya qərargahını məhv edib. Primeinfo.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. “İsrailin Müdafiə Ordusu Livanın cənubundakı Şmaeli rayonunda “Hizbullah” təşkilatının artilleriya qərargahına hücum edərək onu məhv edib.
Martın 2-dən İsrail Müdafiə Ordusunun Livana endirdiyi zərbələr nəticəsində 2988 nəfər həlak olub. Primeinfo.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyinin “X” sosial şəbəkə hesabında yayılan bəyanatında deyilir. “Martın 2-də hərbi eskalasiyanın başlamasından bəri öldürülən vətəndaşların ümumi sayı 2 988-ə, yaralıların sayı isə 9 210-a çatıb”, – qurumun bəyanatında bildirilir.
İsrail ordusu planlaşdırılan hava hücumundan əvvəl Təbrizdəki sakinlərə təcili xəbərdarlıq edib. Primeinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri sosial şəbəkə üzərindən paylaşım edib. “Yaxın saatlarda İsrail Müdafiə Qüvvələri Tehranda olduğu kimi, İran rejiminin hərbi infrastrukturuna zərbə endirmək üçün ərazidə əməliyyat keçirəcək.
İsrail Müdafiə Ordusu Beyrutda “Hizbullah”ın raket bölməsində fəaliyyət göstərən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Məhəmmədi adlı komandirini öldürüb. Primeinfo.az-ın məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib. Hərbçilərin məlumatına görə, Məhəmmədi “Hizbullah” ilə SEPAH arasında hərbi koordinasiyada əsas fiqur hesab olunurdu.
İsrail ordusu İranda daha 1-2 həftəlik hərbi əməliyyatlar planlaşdırır. Primeinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb. İsrail ordusu bu müddət ərzində İranda daha minlərlə hədəfi vurmağı planlaşdırır.
İsrail ordusu son iki gündə Livanda Hizbullahın 250-dən çox hədəfinə zərbə endirib. Primeinfo.az xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü general-mayor Effie Defrin bildirib. O qeyd edib ki, İsrail “təhlükə aradan qaldırılana qədər” Hizbullah hədəflərini vurmağa davam edəcək.
İsrail qoşunları Livanla sərhəddən 6 kilometr məsafədə yerləşən Xiyam şəhərinə daxil olub. Primeinfo.az xəbər verir ki, bu barədə Livan televiziyası məlumat yayıb. Məlumata görə, İsrail ordusu Livan-İsrail sərhədindən təxminən altı kilometr məsafədə yerləşən Livanın cənubundakı Xiyam şəhərini ələ keçirib.
İsrail Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri Livanın cənubundakı Suxmur və Yoxmur şəhərlərində “Hizbullah”ın hərbi hədəflərinə zərbələr endirib. Primeinfo.az xəbər verir ki, bu barədə “Al Jadeed” məlumat yayıb. Məlumata görə, təyyarələr Bekaa vadisinin qərbindəki Məşqara şəhərinə də iki hava hücumu həyata keçirib.