
Fevralın 28-i saat 08:00-dan martın 12-si saat 08:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 2283 nəfər təxliyə edilib.
Primeinfo.az xəbər verir ki, təxliyə olunanların 395-i Azərbaycan vətəndaşıdır.
Bundan başqa, 685 Çin, 293 Rusiya, 174 Tacikistan, 140 Pakistan, 68 İndoneziya, 57 Oman, 44 İtaliya, 29 İran, 26 İspaniya, 25 Əlcəzair, 18 Səudiyyə Ərəbistanı, 17 Yaponiya, 16 Fransa, 16 Almaniya, 13 Gürcüstan, 13 Nigeriya, 12 Macarıstan, 12 Polşa, 12 Özbəkistan, 11 İsveçrə, 11 Meksika, 10 Belarus, 10 Bolqarıstan, 10 Konqo Demokratik Respublikası, 10 Kanada, 9 Böyük Britaniya, 8 Braziliya, 8 Qazaxıstan, 6 BƏƏ, 6 Slovakiya, 6 Belçika, 6 Rumıniya, 5 Serbiya, 5 Çexiya, 5 Əfqanıstan, 5 Avstriya, 5 Hindistan, 4 İordaniya, 4 Banqladeş, 4 Türkiyə, 4 Ukrayna, 4 Şri-Lanka, 4 Küveyt, 4 Bəhreyn, 4 ABŞ, 4 Finlandiya, 4 Niderland, 3 Qətər, 3 Filippin, 3 Xorvatiya, 3 Danimarka, 3 Avstraliya, 2 Nepal, 2 Livan, 2 Yəmən, 2 Qırğızıstan, 2 İsveç, 2 Sudan, 2 Kipr vətəndaşı, 2 Sloveniya, eyni zamanda, Tunis, Cənubi Afrika, Maldiv adaları, Myanma, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Misir və Belizdən hər biri 1 nəfər olmaqla xarici vətəndaş təxliyə edilib.
İran