Xəbər axtarın

Son axtarış nəticələri:

“İranın Azərbaycana təxribatlarına qarşı koordinasiya gücləndirilməlidir” – TƏCİLİ - VİDEO

12.03.2026 16:46


“İran Azərbaycana qarşı çox təxribat törədib. Elə 2000-ci ilin əvvəllərində bu təxribatın qarşısını Türkiyə ilə Azərbaycan birgə aldı”.

Primeinfo.az xəbər verir ki, bu fikirləri Prime TV-nin “Qırmızı masa” verilişində “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

O, İranın hərbi təyyarələrinin Azərbaycanın hava sərhədini pozduğunu xatırladıb:

“Türk Yıldızları” Bakıda “Azadlıq” meydanında göstəri düzənlədikdən sonra bunun qarşısı alındı. İran təyyarələri sərhəddən uzaq uçmağa başladılar. Yəni, o zaman İranın təxribatlarının qarşısını almışdıq. İndi də buna ehtiyac var – koordinasiyanın güclənləndirilməsinə”.

Elxan Şahinoğlunun sözlərinə görə, koordinasiyanın gücləndirilməsinə ehtiyac olduğu halda, müəyyən dairələr fikir ixtilafı yaratmağa çalışırlar.

Davamı “Qırmızı masa”da:

Paylaş: