
“Hizbullah”ın kəşfiyyat rəisi Hüseyn Makled İsrailin Beyruta hücumunda öldürülüb.
Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, İsrailin hərbi qüvvələri “Hizbullah”ın kəşfiyyat rəisi vəzifəsində çalışan Hüseyn Makledin dünən gecə Beyrutda dəqiq zərbə ilə öldürüldüyünü təsdiqləyir.
İsrail tərəfinin yaydığı məlumata görə, həmin gecə Livanın cənubunda da zərbələr endirilib və bu, “Hizbullah”ın artileriya zərbələrinə cavab olub.
“Hizbullah” özü İsrail və ABŞ tərəfindən həyata keçirilən zərbələrdən sonra İsrail üzərinə etdiyi hücumları İranın ali liderinin ölümünün qisası adlandırıb.
Bunun ardınca Livan hökuməti “Hizbullah”ın hərbi fəaliyyətinə qadağa qoyduğunu elan edib və İsrailə edilən hücumları qanunsuz adlandırıb.
“Bloomberg”in məlumatına görə, İsrail müdafiə naziri hədəflərinin hazırda “Hizbullah”ın baş katibi Naim Qasım olduğunu bildirib.