Xəbər axtarın

Son axtarış nəticələri:

"İsrail Buşehri vura bilər" - Partiya sədrindən ŞOK AÇIQLAMA - VİDEO

12.03.2026 19:28

“Bu müharibənin uzanması atom silahının istifadəsinə qədər apara bilər. İsrail İranın Buşehr AES-ni vura bilər. Şərt deyil ki, İsrail İran ərazisinə atom bombası atsın. Çünki bu dünya ictimaiyyəti tərəfindən də daha böyük qınağa səbəb ola bilər. Lakin təsadüfi bir raketin Buşehr AES-ə düşməsi İsrailin arqument kimi səslənməsinə səbəb ola bilər”.

Primeinfo.az xəbər verir ki, bu sözləri Ədalət partiyasının sədri Mütəllim Rəhimov Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.

O əlavə edib ki, eyni zamanda İran da İsrailin AES-ni vurub sıradan çıxara bilər:

“Bütün bunların bölgə üçün nə dərəcədə dəhşətli fəlakət olduğunu təsəvvür etməyə imkan verir”.

Davamı “Qırmızı masa”da:

Paylaş: