
“Bəzi təşkilat üzvləri deyirlər ki, “biz kürdlərlə oturub məsələləri müzakirə etməliyik”. Biz də həmin şəxslərə şərt qoyuruq”.
Primeinfo.az xəbər verir ki, bu sözləri Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının başqanı Eldar Qaradağlı Prime TV-nin “Qırmızı masa” proqramında deyib.
“Onlara deyirik ki, tamam, gedin kürdlərlə söhbət edin. Amma öncə onların xəritələrinə baxın, görün ki, kimlərlə müzakirə edirsiniz. Həmin qruplar, terror təşkilatları bizim millətin canı, qanı, torpağını hədəf alıblar. Qoy onlar ilk əvvəl masaya yeni xəritə qoysunlar, sübut etsinlər ki, mənim torpağımda gözləri yoxdur. Ondan sonra həmin kürd qrupları ilə müzakirə aparın.
Yoxsa ki, bu, milli xəyanətdir və milli xəyanətin ucu indidən görünür”, – deyə o əlavə edib.
Davamı “Qırmızı masa”da: