Xəbər axtarın

Son axtarış nəticələri:

Kürdə balıq tutan şəxslər köməksiz vəziyyətdə qalıblar

27.03.2026 14:06

Samuxda balıqçılar köməksiz vəziyyətdə qalıblar.

Primeinfo.az məlumat verir ki, hadisə Kür çayının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Rayon sakinləri olan 4 şəxs Kürdə balıq tutmaq istəyən zaman suyun səviyyəsi qəfil qalxıb. Onlar Kürün ortasında, adada qalıblar. Dərhal əraziyə FHN-in və aidiyyatı qurumların əməkdaşları cəlb ediliblər.

Hazırda köməksiz vəziyyətdə qalan şəxslərin xilas edilməsi istiqamətində təxirəsalınmaz işlər aparılır.

Paylaş: