Xəbər axtarın

Son axtarış nəticələri:

Misli Premyer Liqasında bu gün 2 oyun keçiriləcək

09.03.2026 10:12

Misli Premyer Liqasının XXIII turunda bu gün daha 2 oyun keçiriləcək.

Primeinfo.az xəbər verir ki, günün ilk qarşılaşmasında avrokuboklara iddialı olan “Zirə” autsayderlər sırasından qurtulmağa çalışan “Kəpəz”i qəbul edəcək.

Zirə İdman Kompleksinin stadionunda keçiriləcək matç saat 18:30-da başlayacaq.

Ardınca isə son turlar yüksəlişdə olan “Neftçi” “Palms Sports Arena”da “Turan Tovuz”u sınağa çəkəcək. Sözügedən qarşılaşmanın start fiti saat 20:30-da səslənəcək.

“Turan Tovuz” 41 xalla turnir cədəlinin üçüncü pilləsində qərarlaşıb. “Zirə” 38 xalla dördüncüdür. “Neftçi” 31 xalla yeddinci, 16 xala malik “Kəpəz” isə onuncudur.

Misli Premyer Liqası

XXIII tur

9 mart

18:30. “Zirə” – “Kəpəz”

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Alik Yunusov

VAR: Elvin Bayramov

AVAR: Cavid Cəlilov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: İlham Əliyev

Zirə İdman Kompleksinin stadionu

20:30. “Neftçi” – “Turan Tovuz”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə

VAR: Elçin Məsiyev

AVAR: Müslüm Əliyev

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Erkin Hüseynov

“Palms Sports Arena”

Qeyd edək ki, turun əvvəlki matçlarında “Sumqayıt” “Karvan-Yevlax”la (1:1), “Şamaxı” isə “İmişli” (0:0) ilə bərabərə qalıb. “Qarabağ” isə “Araz-Naxçıvan”ı məğlub edib.

Paylaş: