Xəbər axtarın

Son axtarış nəticələri:

Müctəba Xamneyinin yaralandığı təsdiqləndi, vəziyyəti AÇIQLANDI

11.03.2026 18:26

İran İslam Respublikasının rəsmi şəxslərindən biri martın 11-də “Reuters”  agentliyinə bildirib ki, yeni Ali Rəhbər Müctəba Xamneyi yüngül xəsarətlər alıb, lakin vəzifəsinin icrasını davam etdirir.

Primeinfo.az-ın məlumatına görə, rəsmi şəxs Müctəba Xamneyinin nə vaxt yaralandığını və Ali Rəhbər seçiləndən sonra niyə heç bir açıqlama vermədiyininə aydınlıq gətirməyib.

Qeyd edək ki, bu günün əvvəlində İran prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian Ali Rəhbər Müctəba Xamneyinin İsrail və ABŞ-ın zərbələri  zamanı xəsarət aldığı barədə xəbərlərdən sonra vəziyyətinin yaxşı olduğunu bildirib.

Hökumətin müşaviri Yusif Pezeşkian Telegram kanalındakı paylaşımında bildirib: “Cənab Müctəba Xamneyinin xəsarət aldığı xəbərini eşitdim. Geniş əlaqə şəbəkəsi olan bəzi dostlarımdan soruşdum və onlar dedilər ki, Allaha şükür ki, yaxşıdır”.

Yüksək vəzifəli İsrail rəsmisi “Reuters” agentliyinə bildirib ki, Tel-Əvib kəşfiyyatının qiymətləndirməsi yeni Ali Rəhbərin yüngül xəsarətlər aldığını göstərir və bu, onun münaqişə başlayandan bəri ictimaiyyətin diqqətindən kənarda qalmasını izah edə bilər.

Müctəba Xamneyinin yüngül xəsarətlər alması barədə xəbəri Qətərin “Əl-Cəzirə” telekanlı da yayımlayıb.

“Nyu-York Tayms” qəzetinin adı açıqlanmayan üç İran rəsmisinə istinadən verdiyi məlumata görə, M.Xamenei ayaqlarından bəzi xəsarət alıb, lakin huşunu itirməyib və məhdud təmasla möhkəmləndirilmiş yerdə gizlənir.

Bir müddət əvvəl İsrailin müdafiə naziri İsrael Katz hazırkı İran rəhbərliyi tərəfindən təyin edilən hər hansı bir liderin “sui-qəsd üçün açıq hədəf” olacağını bildirmişdi.

Müctəba Xamneyi 28 fevral 2026-cı ildə – müharibənin ilk günündə həlak olan atası Əli Xamneyinin yerinə seçilib.

Martın 8-də Ali Lider seçilən Müctəba Xamneyi hələ ki İran xalqına müraciət etməyib və ya heç bir yazılı açıqlama verməyib. O, nadir hallarda ictimaiyyət qarşısına çıxması və ya rəsmi tədbirlərdə çıxış etməsi ilə tanınır.

Paylaş: