Xəbər axtarın

Son axtarış nəticələri:

Pezeşkianın oğlu: "Müctəba Xamneyi sağdır"

11.03.2026 11:48

“İranın yeni Ali Rəhbəri Ayətullah Müctəba Xamneyi sağdır”.

Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian deyib.

Yusif Pezeşkian bildirib ki, Müctəba Xamneyinin xəsarət alması ilə bağlı xəbəri eşidib, onun yaxınları ilə əlaqə saxlayıb:

“Müctəba Xamneyi sağ-salamatdır və səhhətində problem yoxdur”.

Qeyd edək ki, bundan əvvəl beynəlxalq mətbuatda Ayətullah Müctəba Xamneyinin ABŞ və İsrailin hava zərbələrində yaralanması ilə bağlı xəbərlər yayılıb.

Paylaş: