
Çalışırıq ki, kimsə gəlib regionda bizə dərs keçməsin.
Primeinfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Qlobal Bakı Forumu çərçivəsində “Böhranda çoxtərəflilik: Qlobal Əməkdaşlığın Yenidən Nəzərdən Keçirilməsi” adlı panel müzakirəsində çıxışında deyib.
O qeyd edib ki, bölgədən kənar ölkələr maraqlarını ortaya qoyub regiona töhfə verə bilər: “Biz müstəqilliyin ilk illərində ümidlərimizi beynəlxalq təşkilatlara bağlamışdıq. Münaqişəni isə hərbi və siyasi yollarla həll etdik”.
Prezidentin köməkçisi əlavə edib ki, bu gün Azərbaycan və Ermənistan sülh gündəliyini dərinləşdirir.