
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi Azərbaycanın Ankaradakı böyük elçisi Rəşad Məmmədovu qəbul edib.
Primeinfo.az xəbər verir ki, bu barədə səfir özünün sosial şəbəkə hesabında bildirib.
“Görüş zamanı iki qardaş ölkəmizin müvafiq qurumları arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə işin aparılması ilə bağlı məsələləri müzakirə etdik”, – deyə R.Məmmədov vurğulayıb.