Xəbər axtarın

Son axtarış nəticələri:

"Separatçılara aman verməyin" - Pezeşkiandan orduya TAPŞIRIQ

06.03.2026 12:24

İran Prezidenti Məsud Pezeşkian ölkənin silahlı qüvvələrini separatçılarla qətiyyətli davranmağa çağırıb.

Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, Pezeşkian bu həlledici günlərdə İslam quruluşunun yanında olan Kürdüstan əyalətinin sakinlərinə təşəkkür edib.

Pezeşkian vurğulayıb ki, əyalət qubernatoru və ölkənin silahlı qüvvələri separatçıların hər hansı bir hərəkətinə qarşı qətiyyətlə mübarizə aparmağa borcludurlar.

Qeyd edək ki, yayılan məlumatlara görə, İran kürd qrupları hakimiyyət qüvvələrinə mümkün hücuma hazırlıq məqsədilə addımlar atmağa hazırlaşırlar.

Qeyd olunur ki, İran kürd qüvvələri İsrailin Mossad təşkilatı və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən dəstəklənir. Məqsəd İran hakimiyyətini zəiflətmək üçün İran daxilindəki kürd bölgəsində üsyana nail olmaqdır.

Paylaş: