Xəbər axtarın

Son axtarış nəticələri:

"T-Finans LTD" MMC Qarabağ bölgəsində fəaliyyətini genişləndirir

06.03.2026 18:27

“T-Finans LTD” MMC şirkəti “SUVELLA” brendi adı altında Qarabağ bölgəsində fəaliyyətini genişləndirməyə başlayıb.

Primeinfo.az-a bu barədə şirkətin mətbuat katibi Ruhəngiz Əliyeva məlumat verib.

O bildirib ki, bu çərçivədə Xankəndi Ticarət Mərkəzində yeni mağazaların açılması nəzərdə tutulur.

“T-Finans LTD” MMC 2013-cü ildən fəaliyyət göstərir və müxtəlif qida məhsullarının satışı, eləcə də geyim istehsalı ilə məşğuldur.

Şirkətin Türkiyə və Polşa Respublikalarında da filialları var.

Eyni zamanda, şirkət tərəfindən Xocalı rayonunun Xanabad kəndində 15 iyun 2026-cı il tarixində — Milli Qurtuluş Günü münasibətilə Ulu Öndər Heydər Əliyev adına tekstil tikiş fabrikinin açılışı planlaşdırılır.

Yeni fabrikin fəaliyyətə başlaması ilə 200–300 nəfər üçün daimi iş yerlərinin yaradılması nəzərdə tutulur.

Bu layihə regionda iqtisadi inkişafın güclənməsinə və yeni məşğulluq imkanlarının yaranmasına mühüm töhfə verəcək.

Qeyd edək ki, “T-Finans LTD” MMC şirkətinin siması Nuray Rəhmandır.

Paylaş: