
ABŞ Prezidenti Donald Tramp Müctəba Xamneyinin İranın yeni Ali Lideri seçilməsinə münasibət bildirib.
Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, “Fox News”un aparıcısı Brayan Kilmid Müctəba Xamneyi İranın yeni Ali Lideri elan edildikdən sonra ABŞ prezidenti Donald Trampla danışıb.
Jurnalistin sözlərinə görə, Tramp Xamneyi ilə bağlı suala “mən seçimdən məmnun deyiləm” söyləyib.
Donald Tramp Müctəba Xamneyini “yüngül çəkili” şəxs adlandırıb və onun rədd edib. O, əvvəlki liderin siyasətini davam etdirəcək namizədi qəbul etməyəcəyini bir daha vurğulayıb.
Tramp belə bir təyinatın yeni müharibəyə səbəb ola biləcəyini bildirib. O, bir daha ABŞ-ın İranın Ali Liderinin seçilməsində iştirak etməsində israr edib.
Müctəba Xamneyi 57 yaşındadır. O, İranın üçüncü Ali Lideridir. Prezident Məsud Pezeşkian onun təyinatını milli birliyin möhkəmləndirilməsi istiqamətində atılan addım adlandırıb.
Müctəbanın atası Ayətullah Əli Xamneyi İrana 37 il rəhbərlik edib. O, 28 fevralda Tehrandakı iqamətgahına İsrailin hava hücumu nəticəsində həlak olub.
Əli Xamneyi 86 yaşında idi.