Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyə XİN : "Türkiyə ballistik raketlərə qarşı NATO-dan lazımi vədi alıb"

12.03.2026 17:45

İrandan Türkiyəyə atılan ballistik raket zərərsizləşdirildikdən sonra bütün NATO ölkələri Türkiyəyə dəstək nümayiş etdirdi.

Primeinfo.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan almaniyalı həmkarı Yohan David Vadefulla birgə mətbuat konfransında deyib.

Nazir ballistik raketlərə qarşı kollektiv müdafiənin vacib olduğunu vurğulayıb.

“Türkiyə bu mənada digər NATO ölkələrindən lazımi vədləri alıb. Xüsusilə bu mövzuda Milli Müdafiə Nazirliyinin apardığı koordinasiya çalışması var. Türkiyə hava sahəsində raketi zərərsizləşdirdikdən sonra demək olar ki, bütün NATO ölkələrinin xarici işlər nazirləri mənimlə əlaqə saxladılar, birlik, bərabərlik mesajı verdilər”, – o qeyd edib.

Paylaş: