Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyəyə məxsus 2 təyyarə İranda qalıb - Uraloğlu

26.03.2026 14:06

“Türkiyəyə məxsus 2 sərnişin təyyarəsi İranda qalıb”.

Primeinfo.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu açıqlama verib.

O bildirib ki, müharibə başlayanda İranda olan 2 təyyarənin ekipajı Türkiyəyə təxliyyə edilib. Nazir əlavə edib ki, daha bir sərnişin təyyarəsi isə İraqda gözləmə mövqeyindədir:

“İki təyyarəmiz İranda, bir təyyarəmiz isə İraqdadır. Müharibə başlayanda təyyarələr orada qaldı, heyətləri isə Türkiyəyə gətirildi. Təyyarələr müharibə bitdikdən sonra Türkiyəyə gətiriləcək”, – Uraloğlu qeyd edib.

Paylaş: