Xəbər axtarın

Son axtarış nəticələri:

Vətən müharibəsindən sonra 831 itkinin qalıqları TAPILIB

05.03.2026 13:49


Vətən müharibəsində əldə edilmiş böyük zəfərdən dərhal sonra – 2021-ci ilin fevral ayından etibarən işğaldan azad ərazilərdə intensiv şəkildə itkin düşmüş şəxslərə aid edilən məzar yerlərinin axtarışı, qazıntı, ekshumasiya və aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi prosesinə başlanıllb.

Primeinfo.az Modern.az-a istinadən bildirir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Qeyd edilib ki, 01.01.2026-cı il tarixə olan məlumata əsasən, 831 itkin şəxsə aid ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb.

20.02.2026-cı il tarixə olan məlumata əsasən, aşkarlanmış meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizasının nəticəsi olaraq, I Qarabağ müharibəsində itkin düşmüş 220 nəfərin şəxsiyyəti eynişləşdirilərək ictimaiyyətə açıqlanıb, ailələrinə təhvil verilib, qanunvericiliyin tələblərinə və milli-dini ənənələrə uyğun dəfn edilib.

Paylaş: