Xəbər axtarın

Son axtarış nəticələri:

9 uşaqdan 6-sı palçıqla oynadıqdan sonra çiməndə zəhərlənib - VİDEO

02.04.2026 23:50

Sumqayıtda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib.

Primeinfo.az “Sumqayıt24”ə istinadən xəbər verir ki, hadisə Xəzri bağları adlanan yaşayış massivində baş verib.

Belə ki, 9 uşaqlı ailənin 6 övladı palçıqla oynadıqdan sonra eyni vaxtda yuyunmaq üçün hamam otağına daxil olublar. Bu zaman dəm qazından zəhərləniblər.

Onlar xəstəxanaya aparılıb. Həkimlərin müdaxiləsindən sonra vəziyyətləri stabilləşib. 6 uşaqdan ikisinin müalicəsinin xəstəxanada davam etdirilməsi tövsiyə olunsa da, valideynlər onları da evə aparıblar.

Hazırda uşaqların vəziyyətinin normal olduğu bildirilir.

 

Paylaş: