Xəbər axtarın

Son axtarış nəticələri:

AFFA “Turan Tovuz”u cərimələdi

09.04.2026 14:59

AFFA İntizam Komitəsi “Turan Tovuz” klubunu cərimələyib.

Primeinfo.az xəbər verir ki, bu barədə AFFA-nın yaydığı məlumatda bildirilib.

“3 aprel 2026-cı il tarixində Azərbaycan Kubokunda yarımfinalın ilk oyunu “Turan Tovuz” – “Zirə” görüşü bitdikdən sonra “Turan Tovuz” klubunun idarə heyətinin sədri Ehtiram Quliyev AFFA-nın, onun orqanlarının və ya üzv təşkilatlarının nüfuzunu və etibarlılığını qəsdən alçaldan, şübhə altına qoyan açıqlamalar verdiyinə görə “Turan Tovuz” komandası 15000 manat cərimə edilib”, – AFFA-nın açıqlamasında deyirlir.

Bundan başqa, “Turan Tovuz” – “Zirə” qarşılaşması zamanı tovuzlu azarkeşlərin hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi səbəbindən tovuzlular 5000 manat məbləğində də cərimələnib.

Beləliklə, “Turan Tovuz” 20 000 manat cərimələnib.

Paylaş: