Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycan nefti 5 dollara yaxın BAHALAŞIB

10.04.2026 10:14

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Primeinfo.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 4,59 ABŞ dolları və ya 3,8% artaraq 125,03 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 120,44 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Paylaş: