Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycan Premyer Liqasının XXVII turu başlayır

10.04.2026 12:00

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura bir oyunla start veriləcək.

Primeinfo.az-ın məlumatına görə, ilk oyun günündə bir matç keçiriləcək.

Çempionatın autsayderi “Karvan-Yevlax” “Kəpəz”i qəbul edəcək.

Qarşılaşma Yevlax şəhər stadionunda, saat 15:30-da start götürəcək. Görüşün baş hakimi Nicat İsmayıllı olacaq.

“Karvan-Yevlax” 8 xalla 12-ci, Gəncə təmsilçisi 21 xalla 10-cu pillədə qərarlaşıb.

Xatırladaq ki, tura aprelin 12-də yekun vurulacaq.

Paylaş: