Xəbər axtarın

Son axtarış nəticələri:

BANM tələbələri dünyanın ən yaxşı universitetinə magistraturaya qəbul olub

03.04.2026 14:26

 

 

Bakı Ali Neft Məktəbinin (BANM) Biznesin idarə edilməsi ixtisasının sonuncu
kursunda təhsil alan 4 tələbə dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan
London İmperial Kollecinin (Imperial College London) magistratura səviyyəsinə qəbul
olub.

Primeinfo.az-a bu barədə BANM-dən məlumat verilib.

Bildirilib ki, BANM tələbələri Həmid Həşimzadə Biznes üçün iqtisadiyyat və strategiya, Əflan Bədəlov və Maya Kərimova İnvestisiya və vəsaitlərin idarə olunması, Röya Qasımova Maliyyə və mühasibatlıq ixtisasları üzrə təhsillərini davam etdirəcəklər.

Onlar 2021-ci ildə BANM-ə yüksək balla daxil olub və Prezident təqaüdünə layiq
görülüblər. Onlar həm də BANM-in Biznesin idarə edilməsi ixtisasının ilk məzunları
olacaqlar.

Qeyd edək ki, London İmperial Kolleci 2026-cı il QS reytinq sıralamasına görə ikinci
yerdə, Böyük Britaniya ali təhsil müəssisələri arasında isə birinci yerdə qərarlaşan və
xüsusilə biznes, maliyyə və iqtisadiyyat sahəsində lider universitetlərdən biridir.

Paylaş: