Xəbər axtarın

Son axtarış nəticələri:

Bu tikililərə 11 qurum necə icazə verib? – ARAŞDIRILSIN! – VİDEO

04.04.2026 14:57

“Azərbaycanda indi baş verənlər hökumətin illər öncə atdığı səhv addımların üzə çıxmasıdır”.

Primeinfo.az xəbər verir ki, bu sözləri REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Prime TV-nin “Qırmızı masa” verilişində deyib.

O, son zamanlar dövlət qurumlarında baş verən kütləvi ixtisarların, sosial problemlərin və qiymət bahalaşmasının səbəblərini araşdırıb:

“Əvvəllər pulun çox olduğu, dövlət büdcəsinin kifayət qədər sürətlə artdığı dövrdə Azərbaycanda o qədər mənasız, məntiqsiz qurumlar yaratdılar, ştatlar açdılar ki. Adını publik hüquqi şəxs, agentlik qoydular. Nəticə etibarilə çox şişmiş aparat yarandı. Bu gün doğrudan da Azərbaycanda muzdla çalışanların az qala yarısı büdcədən maliyyələşir. Dünyada nadir görünən hadisədir”.

Məlum olduğu kimi, son günlərdə yağan intensiv yağışlar bir çox ərazilərdə ciddi fəsadlar törədib. Yağış suları bəzi evlərin içinə dolub, məişət avadanlıqlarına ciddi ziyan dəyib, o cümlədən insanlar üçün həyati təhlükə yaradıb. Natiq Cəfərli hesab edir ki, buna səbəb qeyri-yaşayış yerlərində inşa edilən keyfiyyətsiz evlərdir:

“İnsanları günahlandırırlar, deyirlər ki, gedib məsələn, gölün yatağında niyə ev tikirsən? Ay qardaş, bəs sən niyə buna icazə verirsən? 5 manat alıb, icazə verirsiz, sonra da deyirsiz, niyə orada ev tikmisən. Azərbaycanda tikintiyə 11 qurum nəzarət edir. Hələ hüquq-mühafizə orqanlarını demirəm”.

Davamı “Qırmızı masa”da:

 

 

Paylaş: