
“Nəzərə almaq lazımdır ki, İranda olan rejim bu savaşdan sonra getdikcə mürtəceləşəcək və orada yumşalma olmayacaq”.
Primeinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Oqtay Qasımov Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
Onun sözlərinə görə, İranda bu gün hakimiyyət İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əlində cəmləşib:
“SEPAH-ın da bölgədə oynadığı destruktiv rol hər kəsə bəllidir. Əgər mövcud rejim qalacaqsa və əsas söz sahibi yenə də hərbi diktatura olacaqsa, bu bölgə ölkələri üçün ciddi təhdiddir. Yəni, biz bütün bunlara hazır olmalıyıq”.
Davamı “Qırmızı masa”da: