
“ABŞ ordusu İranla razılaşma əldə olunana qədər sərhədlərin yaxınlığında qalacaq”.
Primeinfo.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında yazıb.
O qeyd edib ki, İranla tam razılaşma əldə olunana qədər ABŞ hərbi qüvvələri bölgədə qalmağa davam edəcək:
“ABŞ-yə məxsus gəmilər, təyyarələr, silahlar və hərbi personal hazırda İran ərazisi və ətrafında yerləşdirilib və yekun razılaşma əldə edilənədək mövqelərini qoruyacaqlar. Əgər hər hansı səbəbdən bu baş verməsə – hansı ki, bu, çox ehtimal olunmur – onda biz daha güclü və genişmiqyaslı hücumlara başlayacağıq”.
Tramp əlavə edib ki, İranın nüvə silahına malik olmayacağını və Hörmüz boğazının açıq və təhlükəsiz qalacağını gözləyir.
O, ABŞ ordusunun hazır vəziyyətdə olduğunu vurğulayaraq, ölkəsinin hərbi gücünün “növbəti addımı gözlədiyini” vurğulayıb.