Xəbər axtarın

Son axtarış nəticələri:

Əli Kərimlinin mühafizəçisinə hökm oxundu

03.04.2026 17:47

AXCP sədri Əli Kərimlinin mühafizəçisi olmuş Novruz Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Primeinfo.az xəbər verir ki, bu barədə AXCP-nin sosial media hesabında məlumat paylaşılıb..

Bildirilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, o, Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib.

Məhkəmənin qərarı ilə N.Tağıyev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, o, ev alqı-satqısı sahəsində vasitəçilik fəaliyyəti ilə məşğul olub. N.Tağıyev vətəndaşın 71 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub.

Paylaş: