Xəbər axtarın

Son axtarış nəticələri:

Əlikram Bayramov qadağa dövründə balıq tutdu

05.04.2026 19:19


Müğənni Əlikram Bayramov sosial şəbəkədə balıq ovundan paylaşım edib.

Primeinfo.az Axşam.az-a istinadən xəbər verir ki, o, Şaqay kanalında tutduğu balıqları sosial şəbəkədə izləyicilərinə nümayiş etdirib.

Qeyd edək ki, aprelin 1-dən sentyabrın 1-dək Kür çayı, Sarısu gölü, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında sənaye məqsədilə balıq ovu qadağandır. Şaqay kanalı da bu su hövzələrinə daxildir. Əlikram Bayramovun idman və həvəskar balıq ovu üçün icazəsi olub-olmadığı isə məlum deyil.

Paylaş: