Xəbər axtarın

Son axtarış nəticələri:

Əraqçi və Qalibaf Pakistana danışıqlara getməyiblər - İrandan RƏSMİ AÇIQLAMA

10.04.2026 10:00

İran İslam Respublikasının yüksək səviyyəli nümayəndə heyətinin ABŞ ilə planlaşdırılan danışıqlarda iştirak etmək üçün İslamabada getmələri ilə bağlı xəbərlər yalandır.

Primeinfo.az xəbər verir ki, bu barədə “Tasnim” mənbələrə istinadla məlumat yayıb.

“İran Pakistan rəsmilərinə bildirib ki, Livanda atəşkəs əldə olunana qədər İslamabadda ABŞ tərəfi ilə sülh danışıqlarında iştirak etmək planı yoxdur. ABŞ Livanda atəşkəs öhdəliklərini yerinə yetirməli və İsrail hücumlarını dayandırmalıdır”, – deyə mənbə bildirib.

“Tasnim”in digər xəbərində isə bildirilir ki, İranın xarici işlər naziri Abbas Əraqçi və Parlamentin sədri Məhəmməd Bağır Qalibaf ölkəni tərk etməyiblər. Onlar Tehrandadırlar və orada rəsmi vəzifələrini fəal şəkildə yerinə yetirirlər.

Qeyd edək ki, ABŞ mediası İran nümayəndə heyətinin 11 apreldə Vaşinqtonla danışıqlar aparmaq üçün Pakistana getdiyi barədə xəbər yaymışdı.

Məlumata görə, nümayəndə heyətinə İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf və xarici işlər naziri Abbas Əraqçi, ABŞ nümayəndə heyətinə isə vitse-prezident Ceyms Devid Vensin rəhbərlik edəcəkdi.

 

 

 

 

Paylaş: